“Federal Məclisə iki saatlıq müraciəti özüm çətinliklə dinləyərdim”- PUTİN

Rusiya prezidenti Vladimir Putin etiraf edib ki, Federal Məclisə iki saatlıq müraciəti özü çətinliklə dinləyərdi.

Azpost.info xəbər verir ki, Putin bunu müharibə veteranları ilə bugünkü görüşü zamanı deyib.

“Əlbəttə, hər şeyi dinləmək çox çətindir. Demək olar ki, iki saat çəkdi. Bütün bunları özüm də dinləməkdə çətinlik çəkərdim. Danışmaq dinləməkdən daha asandır”, – Putin bildirib.

Putin həmçinin Donbas döyüşçülərinə müharibə veteranı statusu verəcəyini vəd edib. Status “DXR”, “LXR”, eləcə də Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olmasından əvvəl yaralananlara da şamil ediləcək.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvan Ali Məhkəməsinin rəsmi internet səhifəsi “GOV.AZ” zonasına köçürülüb

Sonrakı məqalə

Nazim İbrahimov bütün əmlakını satıb, kirayədə yaşayır