Federasiya Şurası Rusiya hökumətindən Ermənistan üçün dərslik almağı xahiş edib

Rusiya Federasiya Şurasının sədr müavini Yuri Vorobyov Ermənistanda rus dilində təhsil problemlərindən danışıb.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, yerli təhsil sisteminin problemləri arasında bütün fənlər üzrə rus dilində məktəb dərsliklərinin kəskin çatışmazlığı da var.

Vorobyov Rusiya Baş nazirinin müavini Aleksey Overçuka lazımi dərs vəsaitlərin alınması imkanlarını nəzərdən keçirmək, həmçinin Ermənistanda yeni məktəblərin tikintisi planları barədə Federasiya Şurasına məlumat vermək xahişi ilə müraciət edib.

Vorobyovun sözlərinə görə, indi Ermənistanda həm bütün tədris prosesinin rus dilində getdiyi məktəblər, həm də rus dilində dərsləri olan müəssisələr var.

Azpost.info

Əvvəlki məqalə

Mədəniyyət Nazirliyinin protokol şöbəsinin rəisi də saxlanılıb

Sonrakı məqalə

DTX Mədəniyyət Nazirliyinin təchizat şöbəsinin rəisini də saxlayıb