“Fənərbağça” bu ulduzunun maaşını azaldacaq

Fənərbağça
Fənərbağça

“Fənərbağça” Ceko ilə yeni şərtlərlə müqavilə imzalamağa çalışır. Superliqa təmsilçisi kapitanın maaşını azaltmaq istəyir.

AzPost oxu.az-a istinadən xəbər verir ki, İstanbul nəhəngi bosniyalı forvardla sözləşmə ilə bağlı danışıqlara başlayıb.

Klub illik 4.2 milyon avro qazanan 39 yaşlı futbolçuya illik 3 milyon avro maaş təklif edəcək.

Qeyd edək ki, Edin Ceko 2023-cü ilin yayından “Fənərbağça”da çıxış edir. Bosniya və Herseqovina millisinin üzvü bu mövsüm Türkiyə təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 19 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.