“Ferrari”nin iki sürücüsü diskvalifikasiya edildi

“Formula 1” avtomobil yarışları üzrə dünya çempionatının Çin Qran Prisi mərhələsində yarışın nəticələrinə görə “Ferrari”nin sürücüsü olan britaniyalı Lyuis Hemilton və monakolu Şarl Lekler diskvalifikasiya ediliblər.

“Ölkə.az” xəbər verir ki, bu barədə Formula 1-in mətbuat xidməti məlumat yayıb.

Lekler avtomobilin çəkisinin uyğun olmadığına görə, Xemilton isə sürüşmə taxtasının həddindən artıq aşınması üçün yarışdan kənarlaşdırılıb.

Həmçinin fransız pilot Pyer Qasli də avtomobilinin çəkisinin adekvat olmamasına görə diskvalifikasiya edilib.

Lekler 5-ci, Hamilton 6-cı, Qasli 11-ci yeri tutub. Yarış bazar günü baş tutub və qalib “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.