FHN Akademiyasında təlim-məşq keçirilib –VİDEO

25 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasının bazasında Yanğın təhlükəsizliyi fakültəsinin kursantlarının bilik və bacarıqlarının artırılması məqsədilə “Yanğın qəza-xilasetmə işinin aparılması taktikası” mövzusunda təlim-məşq keçirilib.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görƏ, təlim-məşq FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Baş əməliyyat idarəsi, Dövlət Yanğından Mühafizə Xidməti və Nazirliyin Akademiyası tərəfindən təşkil olunub.

Təlim-məşqin birinci mərhələsində şərti olaraq baş vermiş yanğının qarşısının alınması, insanların təxliyəsi, ilkin tibbi yardımın göstərilməsi mövzularında maarifləndirici məşğələ keçirilib, yanğın təhlükəsizliyinə dair məlumatlar verilib, suallar cavablandırılıb.

Tədbirin ikinci – praktik mərhələsində isə xüsusi təyinatlı texnikalar və canlı qüvvənin iştirakı ilə şərti olaraq baş vermiş yanğının söndürülməsi, təxliyə və ilkin tibbi yardımın göstərilməsi üzrə məşqlər keçirilib.

Təlim-məşqə Nazirliyin yanğınsöndürən-xilasediciləri və həkim briqadası, 7 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Silahlı Qüvvələr Günü münasibətilə Respublika Hərbi Prokurorluğunda tədbir keçirilib –

Sonrakı məqalə

Qaradağda yük maşınlarından akkumlyator oğurlayan dəstə üzvləri saxlanılıb –