FHN-də tikinti obyektlərinin layihələndirilməsi ilə bağlı konfrans keçirilib –FOTO

 

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsində “Müasir dövrdə tikinti obyektlərinin layihələndirilməsinin əsas prinsipləri” mövzusunda videokonfrans təşkil olunub.

FHN-dən  verilən xəbərə görə, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərsu” ASC, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu, SOCAR, Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti və sözügedən istiqamətdə fəaliyyət göstərən digər dövlət qurumları və özəl müəssisələrin məsul şəxsləri iştirak ediblər. Ümumilikdə videokonfransa 170 nəfər mütəxəssis qatılıb.

Tədbiri açıq elan edən FHN TTNDA-nin rəis müavini Elxan Əsədov iştirakçıları salamlayaraq bildirib ki, xalqın tələb və təkidi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra tamamilə məhv olmaqda olan bu sektorda canlanma başladı. Bütün sahələrdə olduğu kimi tikinti-quruculuq işlərinə də konseptual yanaşma nümayiş etdirən Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi illərdə sözügedən istiqamətdə özündə əhəmiyyətli keyfiyyət dəyişikliklərini ehtiva edən dinamik inkişaf müşahidə olundu. Ulu Öndərin müdrik siyasətinin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində ölkəmizdə tikinti-quruculuq və abadlaşdırma işlərinin daha da genişləndiyini və bu sahədə əhəmiyyətli nəticələr əldə olunduğunu vurğulayan Elxan Əsədov tikinti sahəsində beynəlxalq normalara uyğun normativ-hüquqi bazanın formalaşdığı və nəticədə nəhəng tikinti meydançasına çevrilmiş ölkəmizdə keyfiyyət dəyişikliklərinin baş verdiyini qeyd edib. Natiq cənab Prezidentin işğaldan azad olunmuş ərazilərimizdə, eyni zamanda ölkəmizin digər bölgələrindəki tikinti-quruculuq işləri ilə bağlı tapşırıq və tövsiyələrinə diqqət çəkərək onu da bildirib ki, müasir dövrdə tikinti obyektlərinin layihələndirilməsi sahəsində çalışan mütəxəssislərin də üzərinə böyük vəzifələr düşür.

Sonra FHN TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli çıxış edərək ölkədə tikinti sahəsində mühüm irəliləyişlərin baş verdiyini diqqətə çatdırıb və bildirib ki, respublikamızda aparılan tikinti-quruculuq işlərində müşahidə olunan dinamik inkişaf həm də ümumi iqtisadi inkişafın əyani sübutudur. O, qeyd edib ki, müasir mərhələ bir sıra əsas yeniliklərlə xarakterizə olunur ki, bunların arasında memarlıq həllərinin müxtəlifliyi, sərbəst planlaşdırmanın geniş tətbiqi, tikinti proseslərinin optimallaşdırılmasına birbaşa yeni yanaşma və s. yer almaqdadır. Layihələndirmənin tikinti fəaliyyətinin ən vacib mərhələsi olduğunu diqqətə çatdıran Təyyar Hüseynli ekspertiza müəssisəsinə daxil olan tikinti layihələrinin ümumi tərtibat səviyyəsini qısa təsvir edib və tikinti layihələrinin tərtibat keyfiyyətinin yüksəldilməsi baxımından müzakirəyə çıxarılan məsələlərin aktuallığını vurğulayıb.

Sonra mövzu ətrafında Ekspertiza İdarəsinin şöbə müdirləri və müvafiq bölmələrin aparıcı mütəxəssisləri bəzi layihə təşkilatları tərəfindən layihə-smeta sənədlərinin tərtibatında buraxılan qüsurlar barədə geniş məlumat veriblər.

Tədbirdə qaldırılan suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirə aparılıb, təkliflər səsləndirilib.

Sonda videokonfrans iştirakçıları tədbirin əhəmiyyətini vurğulayaraq bu cür toplantıların tikinti obyektlərinin layihələndirilməsi işinə böyük töhfə verdiyini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib

Sonrakı məqalə

ABŞ Dövlət Departamenti: