Fidan Lavrovla İsrailin İrana zərbələrini müzakirə edib

Hakan Fidan Lavrov
Hakan Fidan Lavrov

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edib və İranın nüvə proqramı ilə bağlı məsələnin yalnız diplomatik yollarla həll edilə biləcəyini bildirib.

APA xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

“Müdafiə naziri Hakan Fidan bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb. Danışıq zamanı İsrail və İran arasındakı münaqişə, həmçinin bu gərginliyin mümkün qlobal və regional nəticələri müzakirə olunub. Fidan hadisələrin inkişafının narahatlıq doğurduğunu və İranın atom fəaliyyəti ilə bağlı mübahisənin həllinin və münaqişəyə son qoymağın yeganə yolunun diplomatiya olduğunu bildirib”, – deyə mənbə qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.