FİFA DÇ-2026-dan rekord gəlir əldə etdi-15 milyard dollar

FİFA 2026-cı il Dünya çempionatından əldə olunan gəlirlərin məbləğini açıqlayıb.

Qurum turnirdən 15 milyard dollar (11,2 milyard funt-sterlinq) gəlir əldə etdiyini bəyan edib.

 

Bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Məlumata görə, FİFA-nın ilkin gəlir proqnozu 11 milyard dollar həcmində olub. Gəlirin gözləniləndən 4 milyard dollar çox olması əsasən bilet və turistik xidmətlərdən, xüsusən də ikinci dərəcəli bilet bazarından əldə olunan vəsaitlər hesabına mümkün olub.

FİFA “ikinci bazar”da bilet alıcılarından 15%, satıcılardan isə əlavə 15% komissiya haqqı tutub.

Qeyd edək ki, FİFA prezidenti Canni İnfantino bu barədə məlumatı şənbə günü quruma üzv olan assosiasiyalara çatdırıb. Əldə olunan əlavə gəlirin assosiasiyalar arasında bölüşdürülməsi gözlənilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.