FİFA-nın sabiq rəhbəri Blatter 3 milyon dolları “yeməkdə” ittiham olunur

İsveçrə müstəntiqləri Zepp Blatterin Dünya Kuboku yayım hüququ müqaviləsinin qanunsuz olaraq pozulduğunu və bunun FİFA-ya milyonlarla dollara başa gələcəyini bildiyini müəyyənləşdirib.

Azpost.info bildirir ki, bu barədə federal polis idarəsi məlumat yayıb.

Dekabr və yanvar aylarında prokurorlara göndərilən istintaq hesabatları FİFA-nın 2005-ci ildə o zamankı prezidenti Blatter və uzun müddət vitse-prezident kimi fəaliyyət göstərən Cek Vorner tərəfindən imzalanan Karib televiziyası müqaviləsindən 3,8 milyon dollar borcu sildiyini göstərib. Razılaşmanın daha sonra Blatter tərəfindən qanunsuz olaraq həyata keçirildiyi iddia edilib.

“Blatter FİFA-nın maraqlarından daha çox Vornerin maraqlarına uyğun hərəkət edib” – deyə, istintaq məlumatlarının birində qeyd olunub.

Bütün bunlara baxmayaraq, İsveçrənin Baş Prokurorluğu heç bir səbəb göstərilmədən mart ayında Karib müqaviləsi üçün Blatterə qarşı 2015-ci ildə qaldırılan cinayət işinə xitam qərarı verib.

İsveçrə federal polisi Blatterin 2007-ci ildə Vornerin Yamaykada yerləşən yayımçıya satılan 2010 və 2014 Dünya Kubokları üçün Karib televiziya haqları müqaviləsini pozduğunu və şəxsən qazanc əldə edəcəyini bildiyinə inanırdı.

FİFA-nın orijinal müqaviləsinin təfərrüatları İsveçrə mediasında 2015-ci ildə açıqlanıb. Orada Vornerin nəzarətindəki Karib Futbol İttifaqına olan 600.000 dollarlıq satış göstərilib.

O zaman FİFA futbolun idarəetmə orqanından gələcək hər hansı bir lisenziyalaşdırma razılaşmasından 50% qazanc payı tələb etməsini söyləyərək müqaviləni müdafiə edib. Satış təqribən 15 milyon dollar dəyərində qiymətləndirilib.

İsveçrə polisinin hesabatına görə, FIFA 2010-cu ilin avqustunda Dünya Kuboku başa çatdıqdan 30 gün ərzində pul toplamağa cəhd etməyib.

İstintaq zamanı sənədlərə və işçilərin elektron poçtlarına istinad edilərək bildirilib ki, FİFA Vornerin sahibi olduğu bir şirkəti daxil etdiyi Karib sövdələşməsindən əldə edilən ümumi gəlirin yarısını əldə etməli idi.

İsveç polisi 491 səhifəlik hesabatında “FIFA, CFU-ya qarşı hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hər hansı bir tədbir görməkdən çəkinirdi” deyilib.

FİFA Vornerin futboldan istefa etməsindən sonra 2011-ci ildə təxminən 3.8 milyon dollar almalı olduğunu hesablayıb. O, FİFA-da keçirilən prezident seçkilərində Blatterə qarşı çıxmaq üçün Karib dənizi seçicilərinə rüşvət verməkdə təqsirli bilinib.

Yalnız bundan sonra FİFA rəhbərliyi Karib dənizi hüquqlarını ləğv edib və birbaşa Vorner ilə olmasa da, borcun arxasına düşüb.

Polis sənədləri göstərir ki, FİFA borcları bir neçə həftə sonra silib. İstintaq sənədində deyilir ki, bura yayım sponsorlarından və reklamdan əldə edilən gəlirdən – təxminən 3.625 milyon dollar və 115.000 dollar yayım hüquqları üçün ödənilməmiş yayım haqqı daxildir.

Başqa bir polis hesabatında FİFA-nın Vorner ilə 15 illik iş münasibətləri ətraflı izah edilib. Blatterin FİFA-dakı prezidentliyini qorumaqdan ötrü seçki dəstəyi almaq üçün açıq-aşkar mənfəət və hədiyyə kimi yollardan istifadə etdiyi bildirilir.

Hazırda 2021-ci ilin oktyabrına qədər futbol qadağası qüvvədə olan 84 yaşlı Blatter məsələni dərhal şərh etməkdən imtina edib. Uzun müddət pozuntulara yol verildiyini rədd edib. (Amerikanın Səsi)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Liberal Partiyasının sədri Əvəz Temirxanın atası vəfat edib

Sonrakı məqalə

ABŞ-da koronavirusdan ölənlərin sayı 60 mini ötüb