FİFA prezidenti istintaq müddətində vəzifəsində qalacaq

FİFA prezidenti Canni İnfantino İsveçrə prokurorluğunun onunla bağlı apardığı istintaq müddətində vəzifəsindən kənarlaşdırılmayacaq.

Apasport.az saytının məlumatına görə, bu, qurumun bəyanatında əks olunub.

FİFA İnfantinonun postunda qalmasına əngəl olmadığını açıqlayıb: “Prezidentin öz səlahiyyətlərini icra etməsinə heç kim mane olmur. Ö, özünün FİFA-dakı funksiyalarını tam yerinə yetirməyə davam edir”.

Qeyd edək ki, İsveçrə prokurorluğu 2016-cı ilin fevralında FİFA prezidenti seçilən İnfantino ilə bağlı araşdırmaya başladığını iyulun 30-da açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa Liqasında qrupa düşən klublar müəyyənləşdi –

Sonrakı məqalə

Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri davam edir –