“Fikir ayrılıqlarını unudaq, birgə işləyək!”- Lukaşenko ABŞ-a barışıq əli uzatdı

“Amerika və Belarus xalqları mövcud fikir ayrılıqlarını unutmalı, birləşərək Minsk və Vaşinqton arasında yaranmış mövcud siyasi ziddiyyətləri geridə qoymalıdırlar”.

Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqillik Günü münasibətilə ABŞ-a ünvanladığı təbrikdə deyib.

Lukaşenko ABŞ sakinlərini uşaqlar və nəvələr, həmçinin bütün planet naminə birgə işləməyə dəvət edib: “Hər iki xalq indiki narahatedici və təhlükəsiz vəziyyətdən çıxış yolu tapmalıdır”.

“Mən bütün amerikalılara rifah və dəri rəngindən asılı olmayaraq bütün insanları birləşdirən sadə şeylər arzulayıram: cansağlığı, sülh, sabitlik və daha yaxşı gələcəyə inam. Bunlar yalnız birgə səy göstərdiyimiz təqdirdə mümkündür”, – Lukaşenko bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.