“Fikirləşirdim Putin sözünün üstündə duran adamdır, məyusam” –TRAMP

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə açıq şəkildə Rusiya Prezidenti Vladimir Putindən məyusluğunu dilə gətirərək onun sözlərinin heç bir əhəmiyyət daşımadığını bildirib.

Tramp bu barədə Endryus aviabazasında jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Rusiya liderinin Ukraynadakı müharibənin nizamlanması ilə bağlı hərəkətləri məyusedicidir.

“Mən Prezident Putindən çox məyusam. Düşünürdüm ki, o, sözünün üstündə duran adamdır, lakin o hamını bombalayır”, – Tramp deyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.