Film çəkilişində həlak olan kaskadyorun ailəsi təzminat alacaq- 8,6 milyon dollar

ABŞ-ın Atlanta (Corciya ştatı) şəhər məhkəməsi 2017-ci ildə “Gəzən ölülər” çoxseriyalı bədii filminin çəkilişləri zamanı həlak olan kaskadyorun ailəsinə 8,6 milyon dollar təzminat ödənməsi barədə qərar qəbul edib.

Azərtac bu barədə “Los Angeles Times” qəzetinə istinadla xəbər verir. Qəzetin yazdığına görə, filmin çəkilişləri zamanı 33 yaşlı Con Berneker yeddi metr hündürlükdən xüsusi vasitələrlə qorunmayan yerə yıxılaraq həlak olmuşdu. Həmçinin çəkilişlərdə təcili tibbi yardım maşını olmadığı üçün kaskadyor xəstəxanaya 30 dəqiqə sonra helikopterlə çatdırılmışdı.

Serialın çəkilişləri ilə məşğul olan “AMC Network” telekompaniyasının nümayəndəsi hadisəni faciəvi təsadüf adlandırıb və adətən çəkilişlərin təhlükəsizlik tələblərinə uyğun təşkil olunduğunu bildirib. Lakin vəkil məhkəməni kaskadyorun fəndi icra etdiyi zaman kompaniyanın lazımi təhlükəsizlik səviyyəsini təmin etmədiyinə inandırmağa müvəffəq olub.

Təcrübəli kaskadyor Con Berneker “Rədd ol” və “Loqan” filmlərinin çəkilişlərində də iştirak etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xaricdə valideyn himayəsindən məhrum neçə azərbaycanlı uşaq var?

Sonrakı məqalə

Parlament seçkiləri ilə əlaqədar yeni seçki məntəqələri yaradılacaq