Xaricdə valideyn himayəsindən məhrum neçə azərbaycanlı uşaq var?- AÇIQLANDI

Bu il xaricdə valideyn himayəsindən məhrum qalan Azərbaycan vətəndaşı olan uşaqların sayı açıqlanıb.

APA-nın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik hesabatında bildirilir.

Hesabata əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan ölkə hüdudlarından kənarda valideyn himayəsindən məhrum qalan uşaqlar barəsində xarici dövlətlərin səlahiyyətli orqanlarından bir başa və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsi ilə Komitəyə 01.01.2019-cu il tarixdən 25.12.2019-cu il tarixədək 29 məlumat daxil olub.   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Parlament seçkiləri:

Sonrakı məqalə

Film çəkilişində həlak olan kaskadyorun ailəsi təzminat alacaq