Finlandiya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarır.
Azpost.info xəbər verir ki, bu barədə RİA Novosti Finlandiya prezidenti Sauli Niinistöyə istinadən məlumat yayıb. Finlandiyanın bir rus diplomatının vizasını uzatmaqdan imtina etdiyi də bildirilir: “Rusiya səfirliyinin iki əməkdaşı ölkədən çıxarılır. Səfirliyin bir əməkdaşının da viza müddətinin uzadılmasından imtina edilib. Xarici İşlər Nazirliyi bu barədə Rusiya səfirini məlumatlandıracaq”, – məlumatda deyilir.
Azpost.info