“Finlandiya Qərbin “rusofobiya kampaniyası”nın önündə gedir”- LAVROV

“Finlandiya hökuməti Qərbin “rusofobiya” kampaniyasının önündə gedir”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov Qərbin sanksiyalarının sadə ruslara qarşı yönəldiyini etiraf edən Finlandiyanın xarici işlər naziri Elina Valtonenin bəyanatını şərh edib. Onun sözlərinə görə, məhdudiyyətlər Ukraynadakı münaqişənin bədəli olduğunu göstərmək üçün tətbiq edilib.

Lavrov bunu səmimi etiraf adlandırıb. O, həmçinin Qərb ölkələrinin sadə vətəndaşlara zərər verməmək üçün sanksiyaların humanitar aspektlərinin həmişə nəzərə alındığı barədə ilkin bəyanatlarını xatırladıb.

Azpost.info

Əvvəlki məqalə

Bakı-Quba yolunun bir hissəsində təmir-bərpa işləri başa çatıb

Sonrakı məqalə

Söyüdlü hadisələri ilə bağlı dövlət komissiyasının iclası keçirilib –