Finlandiya təhlükəsizlik təhdidinə görə Rusiya ilə sərhəddə hasar çəkəcək.
Azpost.info xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Krista Mikkonen bildirib.
Onun sözlərinə görə, hökumət sədlər qurmaqla şərqdə sərhədlərinin təhlükəsizliyini gücləndirmək niyyətindədir. Nazir onu da bildirib ki, Finlandiya Sərhəd Mühafizəsinə texniki nəzarət, sərhədçilərin sayının artırılması və yeni kəşfiyyat təyyarələrinin alınması üçün əlavə maliyyə vəsaiti ayrılıb.
Azpost.info