“Finlandiyanın NATO-ya daxil olması Rusiyaya qarşı yönəlib”- KREML

“Finlandiyanın NATO-ya daxil olması Rusiya ilə münasibətləri gərginləşdirmək məqsədi daşıyır”.

Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun fikrincə, Alyansın şərqə doğru genişlənməsi Avrasiya qitəsində təhlükəsizlik yaratmır, əksinə onu daha da pisləşdirir: “NATO-nun genişlənməsi və Alyansın hərbi infrastrukturunun sərhədlərimizə yaxınlaşması dünyanı, ən əsası isə Avrasiya qitəsini daha sabit və təhlükəsiz etmir”.

Peskov bildirib ki, Moskva öz maraqlarını qorumaq üçün əks tədbirlərdən istifadə edəcək.

Azpost.info

Əvvəlki məqalə

MDB-nin geodeziya, xəritəçəkmə və kadastrla bağlı sazişinə dəyişiklik edilib

Sonrakı məqalə

“SOCAR RUS” MMC-nin Müşahidə Şurasının iclası keçirilib