Formula 1 yarışına görə Bakıda bu yollarda hərəkət məhdudlaşdırılacaq

Avqustun 30-u saat 22:00-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış Formula 1 yarışları bitənədək nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bakı Şəhər Halqasından verilən məlumata görə, məhdudiyyətlər sentyabrın 19-dan 21-dək keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Qeyd edək ki, məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər olacaq.

Sürücülərdən hərəkət zamanı alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.