“Formula-1”in keçmiş rəhbəri Berni Ekklstoun fırıldaqçılıqda ittiham olunur.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” Britaniyanın prokurorluq xidmətinə istinadən xəbər verir.
91 yaşlı iş adamına qarşı ittiham bu gün elan olunub. Baş prokuror Endryu Penheyl bildirib ki, sübutlar nəzərdən keçirilib və 400 milyon funt sterlinqdən artıq dəyəri olan xaricdəki aktivlərinin mövcudluğunu müvafiq rəsmi qurumlara açıqlamaması ilə əlaqədar Ekklstouna qarşı dələduzluq ittihamı irəli sürülüb.
“Vergi və Gömrük İdarəsi vicdanlı vergi ödəyicilərinin tərəfindədir və vergi saxtakarlığından şübhələnsə, sərt tədbirlər görüləcək. Mesajımız aydındır – heç kim məsuliyyətdən qaça bilməz”, – Penheyl bildirib.
İş üzrə ilk məhkəmə iclası avqustun 22-nə təyin edilib. İttiham təsdiqini taparsa, iş adamını 10 ilədək həbs və cərimə gözləyir.
Azpost.info