Fransa Ermənistanda hərbi missiya yaradır –Səfir açıqladı

Fransanın Ermənistandakı səfirliyində hərbi missiya yaradılacaq. 

Azpost.info bildirir ki, bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna “Armenpress”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Fransanın Ermənistandakı səfirliyində hərbi missiyanın yaradılması ikitərəfli əməkdaşlığı dərinləşdirməyə imkan verməlidir.

“2021-ci ilin dekabrında biz həm də iqtisadi əməkdaşlıq üçün iddialı yol xəritəsi imzaladıq. Müdafiəyə gəlincə, Fransanın Ermənistandakı səfirliyində hərbi missiyanın yaradılması bu əsas sahədə ikitərəfli əməkdaşlığımızı dərinləşdirməyə imkan verməlidir”, – Kolonna bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.