Fransa millisinin baş məşqçisi Didye Deşam Dünya çempionatı-2026-nın seçmə mərhələsinin son oyununda heyətdə geniş rotasiya aparıb.
QOL. az bu haqda Fransanın “L’Équipe” nəşrinə istinadən xəbər verir.
Ukraynaya qarşı Parisdə əldə edilən 4:0 hesablı qələbə ilə mundiala vəsiqəni təmin edən Fransa Azərbaycanla matçda tamamilə yenilənmiş start heyəti ilə çıxış edəcək.
Məlumatda bildirilir ki, Deşam bütün “11-liy”i dəyişib. Qarşıdakı görüşdə PSJ-nin qapıçısı Lukas Şevalye ilk dəfə əsas heyətdə şans qazanacaq.
Müdafiə xətti Malo Qusto, kapitan sarğısını Kilyan Mbappenin Madridə yollanması səbəbindən daşıyacaq İbrahim Konate, həmçinin qardaşlar Lukas və Teo Ernandesdən ibarət olacaq.
Yarımmüdafiədə Deşam Maqnes Akliuș, Uorren Zair-Emeri, Kefren Türam və Kristofer Nkunkuya güvənəcək.
Hücum xətti isə Ukrayna ilə oyunda qol vurmuş Hüqo Ekitike və Jan-Filipp Mateta cütlüyündən formalaşacaq.
Qeyd edək ki, oyun bu gün saat 21:00-da başlanacaq.