“Fransa Qafqazda sülhə təhdid yaradır” –HİKMƏT HACIYEV

Fransanın Cənubi Qafqazla bağlı siyasətini səmərəli hesab etmirik, bu, zərərli siyasətdir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev bildirib ki, Fransanın Ermənistanı silahlandırması indiyə qədər əldə olunmuş nəticələrə, Qafqazda sülhə təhdiddir: “Bu, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə zərbədir. Fransanın militarizasiya siyasəti Ermənistanda revanşist qüvvələri həvəsləndirəcək addımdır. Ermənistana öldürücü silahların verilməsi ciddi narahatlıq doğuran haldır. BMT TŞ-nin üzvü olaraq Fransa məsuliyyətli siyasət həyata keçirməlidir. Ermənistan Cənubi Qafqazda işğal və təcavüz törədən ölkədir. Belə ölkənin silahlandırılması məqbul hesab olunmur”.

Əvvəlki məqalə

Bu gün “Zirə”nin 4 rəqibi məlum olacaq –

Sonrakı məqalə

Texnologiya insanı ölümsüzlüyə aparır, min il yaşayacaq –