Fransa və Çinin XİN başçıları Qarabağdakı vəziyyəti müzakirə edib

Fransa və Çinin xarici işlər nazirləri telefon danışığı zamanı Qarabağdakı vəziyyəti müzakirə ediblər.

Azpost.info bildirir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

Ketrin Kolonna və Vanq Yi  həmçinin Ukrayna və Nigerdəki vəziyyət barədə danışıblar.

Fransa Xarici İşlər Nazirliyi açıqlamasında Qarabağla bağlı iki tərəfin danışıqları barədə hər hansı təfərrüat açıqlanmayıb.

İki nazir bütün bu məsələlərlə bağlı sıx dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

 

Əvvəlki məqalə

Zelenski İsveçdə səfərdədir

Sonrakı məqalə

Səudiyyənin vəliəhd şahzadəsi İrana səfər dəvətini qəbul edib