Fransada silahlı şəxs öz arvadını və 5 uşağını girov götürüb

Fransanın şimal-şərqindəki La-Şapel-Sen-Lyuk şəhərində silahlı şəxs özünün hamilə həyat yoldaşını və beş uşağını girov götürüb.

“TASS” xəbər verir ki, bu barədə “France 3” telekanalı məlumat verib.

Məlumata görə, polisə mübahisə barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis mübahisənin olduğu mənzilə daxil ola bilməyib. Evin sahibi onlara qapını açmaq əvəzinə polis avtomobilinə atəş açıb və ailəsini girov saxlayaraq qapını içəridən bağlayıb.

“BFM TV” telekanalının məlumatına görə, girovların azad edilməsi üçün 16 saat danışıqlar aparılıb. Hazırda polis evə zor tətbiq edərək daxil olmağa hazırlaşır.

Şəhər rəhbərliyinin bildirdiyinə görə, silahlı şəxsin psixoloji problemləri var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ermənistan özünü gülünc vəziyyətə qoyur” –

Sonrakı məqalə

“İki ayda vergi və gömrükdən büdcəyə 250 milyon manat əlavə vəsait daxil olub” –