Füzuli və Cəbrayılın prokurorları dəyişib

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Elnur Rüstəmov bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib.

Baş prokurorun digər əmri ilə Ramiz Əliyevə Füzuli rayon prokuroru vəzifəsinə təyin olunub.

Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimova Cəbrayıl rayon prokuroru vəzifəsinə təyin edilib.

Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Əvvəlki məqalə

İsveç Fələstini dövlət kimi tanıyacaqmı?

Sonrakı məqalə

“Qəzza məsələsində Netanyahu ilə aramızda böyük fikir ayrılığı var”