Füzuli və Cəbrayılda daha 4 erməni hərbçisinin qalıqları tapılıb

İşğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 erməni hərbçisinin qalıqları tapılıb.

Bu barədə “Sputnik Armenia” məumat yayıb.

Məlumata görə, qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.

Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1567 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılaraq, Ermənistana təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hinduşka ətinin faydalı xüsusiyyətləri-

Sonrakı məqalə

Ermənistan Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb –