Füzulidə 3 nəfərin minaya düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

Fevralın 2-də saat 17 radələrində vətəndaşlar 1981-ci il təvəllüdlü Bəhruz İmanov, 1992-ci təvəllüdlü Azad Muxtarov və 1984-cü il təvəllüdlü Rafis Məmişov “QAZ 53” markalı 11-BJ-263 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Yağlıvənd kəndi ərazisində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində B.İmanov həlak olub, A.Muxtarov və R.Məmişov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Füzuli rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda zəruri istintaq hərəkətləri həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib

Sonrakı məqalə

Arzu Rəhimova general-polkovnik ali hərbi rütbəsi verilib