Gədəbəy və Daşkəsənə dolu düşüb

Mayın 10-u saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Göygöl, Gədəbəy, Gəncə, Şəmkir, Qusar, Balakən, Zaqatala, Şəki, Qaxda yağış, Şahdağda isə zəif qar yağıb.

Gədəbəydə saat 14:10-14:18 radələrində diametri 9 mm, Daşkəsəndə saat 14:45-14:47 radələrində diametri 8 mm, Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollar hidroloji məntəqəsi ərazisinə saat 15:00-15:18 radələrində 17 mm olan dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR və Aran rayonlarında 20-24, dağlıq rayonlarda 9-12 dərəcə isti olub.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub

Sonrakı məqalə

“İrəvan və Bakı sülh sazişi imzalamaqla məhdudlaşmamalıdır”