Gədəbəydə yük maşını çaya aşıb

- 2 nəfər ölüb
23 Noyabr 2019 - 13:41

Gədəbəydə ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, noyabrın 22-də saat 10 radələrində Gədəbəy rayonunun Miskinli kəndinin meşə zolağında Qalakənd kənd sakini Şahin Vəliyev idarə etdiyi “ZİL-131” markalı avtomobili çaya aşırıb.

Nəticədə Ş.Vəliyev və sərnişini, oğlu Etibar hadisə yerində ölüblər.