Gəncə Hava Limanının vəzifəli şəxsləri əlbəyaxa olub

02 İyun 2021 - 17:37

Gəncə Hava Limanında vəzifəli şəxslər arasında dava olub.

Hava limanının Aviasiya Təhlükəsizliyi xidmətinin rəisi Akif Alıyev və Yerüstü xidmət sahəsinin növbətçi rəisi Elcan Babayev əlbəyaxa olublar. Dava zamanı onlar bir-birinə xəsarət yetiriblər.

Hadisə hər iki şəxsin xidmətdə olduğu zaman baş verib.

A.Alıyev və E.Babayev arasında əvvəllər də mübahisə olduğu bildirilir.

İnsidentə polis müdaxilə edib. (Report)

Hazırda fakt araşdırılır.