Gənclər və İdman Nazirliyinin mətbuat katibi vəzifəsindən istefa verib

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova vəzifəsindən ayrılıb.

Bu barədə Səmayə Məmmədova özünün açıqlamasında bildirib.

Onun sözlərinə görə, öz istəyi ilə 2007-ci ildən çalışdığı vəzifədən ayrılıb:

“Əslində mən bu xəbəri sizinlə rəsmi iş məzuniyyətim bitdikdən sonra bölüşməyi planlaşdırırdım. Xəbərin yayıldığını nəzərə alaraq bildirirəm ki, 21 may 2021-ci il tarixdə öz istəyimlə 14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim Gənclər və İdman Nazirliyindən  ayrılmışam. Rəsmi iş məzuniyyətim bitdikdən sonra nazirliyə qayıtmayacağam. Bu 14 il ərzində nazirlik mənim üçün böyük məktəb, ikinci ev, nazirliyin kollektivi isə doğma ailəm oldu. Bir ömür boyu ürəyimdə yaşayacaq nazirim Azad Rəhimov mənim  mənəvi atam, dostum, qardaşım, böyük məktəbim,  həyatım boyu  haqqında qürurla danışacağım doğmam oldu .

Bundan sonrakı dönəmdə də hər kəsə böyük uğurlar, can sağlığı arzu edir, bir daha nazirliyin fəaliyyətində göstərdiyiniz dəstək  və dostluğunuz üçün təşəkkürümü bildirirəm!”.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi vəzifəsi müvəqqəti olaraq Azərbaycan İdman Jurnalistləri Assosiasiyanın rəhbəri, “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyevə həvalə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətən Müharibəsində şəhid olmuş hərbçilərin yeni siyahısı açıqlanıb –

Sonrakı məqalə

Gəncə Hava Limanının vəzifəli şəxsləri əlbəyaxa olub