Gədəbəydə iki mülki şəxs minaya düşüb

Mayın 11-də saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Gədəbəy rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla Gədəbəy rayon sakinləri – 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri nəticəsində Kamran Namazovun ağır dərəcəli bədən xəsarəti alması, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunub

Sonrakı məqalə

Avropa Məhkəməsi Azərbaycanın Ermənistana qarşı şikayətinə baxılması barədə qərar qəbul edib