Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Gəlini harada seçək – hamamda, ya FB-da?

User 07 İyun 2022 - 14:11 (Last updated: 21 May 2025 - 20:15)
n01

İnsan Hüququları  və Qanunçuluğun  Müdafiəsi İctimai Birliyi  Astarada  “Ailə – milli-mənəvi dəyərlərin daşıyıcısıdır” adlı  layihənin növbəti tədbirini keçirib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyinin donorluğu ilə həyata keçirilən tədbirə yerli icma təmsilçiləri ilə yanaşı bölgədə fəaliyyət göstərən vətəndaş vəmiyyəti institutlarının, medianın təmsilçiləri də qatılıb.

 

Dəyirmi Masa formatında keçirilən tədbirdə milli ailə dəyərlərimiz, onların çağdaş həyatda qorunmasının önəmi haqqında geniş fikir mübadiləsi olub. Layihə üzrə təlimçilərdən Nabat Qəniyeva bildirib ki, yeni stereotiplərin yaranması Azərbaycan ailə modelində müsbət tendensiyalar yaratdığı kimi, bir sıra arzuolunmaz məqamlara da yol açıb:“Sözsüz ki, zamanın dəyişməsi ilə əsrlərlə yol keçən milli adət və ənənələrimiz də dəyişir, yeni rəng alır. Amma bu heç də o demək deyil ki, biz milli dəyər halına gələn, sağlam ailə modelinin qoruyucusu olan ənənələrimizi çağdaşlığa qurban verməliyik. Çağdaşlıq yalnız milli dəyərlərə söykənəndə millət üçün dəyər yarada bilir və cəmiyyətdə oturuşur. Bütün dönəmlərdə gənclər yeniliyin, daha yaşlı nəsil isə ənənələrin müdafiəçisi olur. Amma biz bu gün Azərbayana nümunə kimi təqdim olunan cəmiyyət modellərinə baxsaq onu görərik ki, hər millət özünə xas özəllikləri yaşadır, məhz bazasında yeniliklər yaradır. Ona görə də biz dəyərlərimizi qoruyaraq, onların təbliği ilə məşğul olaraq cəmiyyətimizi daha da sağlamlaşdırmağa çalışmalıyıq”.

 

Dəyirmi Masada iştirak edən yerli icma təmsilçiləri də bildiriblər ki, ənələri yaşadan ailələrdə fərdlər arasında münasibətlər daha sağlam olur. Onların fikrincə, böyük ailələrdə, nənə-baba, ata və ananın qohumları ilə sıx təmasda böyüyən uşaqlar daha sağlam psixoloji duruma sahib olurlar ki, bu da onların cəmiyyətlə daha rahat ünsiyyət qurmasına gətirir. Eləcə də həyatın müxtlif situasiyalarında fərdlərin öz ailələrinin dəstəyini hiss etmələri hər bir fərdə böyük avantaj qazandırır.

 

Əsasən sosial şəbəkələr, televiziya və digər informasiya resursları ilə həyatımıza daxil olan yeniliklər haqqında isə fikirlər haçalanıb. Gənc nəslin təmsilçiləri fərqli cəmiyyətlərin Azərbaycan mental düşüncəsinə yad olmayan təcrübəsinin sürətlə məişətimizə gəlməsinə tərəfdar olduqlarını bildirsələr də, orta nəsli təmsil edənlər üzdə cəlbedici görünən bu təcrübələrin ailə institutuna xələl gətirdiyini düşündüklərini bildiriblər. Toplantı iştirakçıları bildiriblər ki, belə dəyirmi masaların keçirilməsi həm maarifləndirmə, həm də cəmiyyətin müxtəlif təbəqələri arasında mübahisələrin sağlam məcraya yönəldilməsi üçün son dərəcə vacibdir.

 

Post navigation

Previous: “Bu iyrənc əclaflara nifrət edirəm…” –
Next: Oxutmuram, əl çəkin!

Oxşar xəbərlər

velo qeza
  • Sosial

Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO

User 23 Oktyabr 2026 - 15:26
gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17

xƏBƏR

Su içmək
  • Maraqlı

Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?

User 23 Oktyabr 2026 - 15:40
Kifayət qədər su içmək arterial təzyiqin normal səviyyədə saxlanmasına və hipertoniya riskinin azaldılmasına kömək edə bilər. Lakin...
Read more about Təzyiqi normal saxlamaq üçün neçə stəkan su içmək lazımdır?
Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO velo qeza
  • Sosial

Neftçalada qulaqcıq velosipedçinin həyatına son qoydu – VİDEO

User 23 Oktyabr 2026 - 15:26
Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır? dollar qizil
  • İqtisadiyyat

Qızılın qiyməti ucuzlaşır – 4000 dollar həddi təhlükə altındadır?

User 23 Oktyabr 2026 - 15:23
Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı Beyin
  • Maraqlı

Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı

User 23 Oktyabr 2026 - 15:16
Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir? aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.