Gəncədə 7 yaşlı qız məktəbdə ölüb- Araşdırma aparılır

Gəncə şəhərində orta məktəbdə ölüm hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə Gəncə şəhər 16 nömrəli orta məktəbdə qeydə alınıb.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan, məktəbin şagirdi, 7 yaşlı qız sinif otağında anidən huşunu itirib və yerə yıxılıb. Onun ölüm səbəbi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

AFFA “Qarabağ”ı 2400 manat cərimələyib

Sonrakı məqalə

Oqtay Gülalıyevi vuran sürücü: