Gəncədə 84 yaşlı kişi 76 yaşlı arvadını döydü-Özünü binadan atıb öldürdü

Gəncə sakini, 1936-cı il təvəllüdlü Niftəliyev İbrahim İsa oğlu həyat yoldaşı – 1944-cü il təvəllüdlü Bağırova Fatimə Əsəd qızını döydükdən sonra özünü yaşadığı binanın üçüncü mərtəbəsində atıb. 

APA-nın məlumatına görə, hadisə şəhərin Şah İsmayl Xətai prospektində  yerləşən yaşayış binalarının birində qeydə alınıb.

İ.Niftəliyev hadisə yerində dünyasını dəyişib.

Qadın ağır vəziyyətədə xəstəxanaya yerləşdirilib. Ağır kələ-beyin travması alan qadının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin ailə münaqişəsi zəminində baş verildiyi bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tramp Aya Sofiyanın məscid kimi istifadəsinə münasibət bildirdi

Sonrakı məqalə

İyul ayında yolka qurdular, 2021-ci ili qeyd etdilər: