İyul ayında yolka qurdular, 2021-ci ili qeyd etdilər:"2020-ci il tez qurtarsın" (VİDEO)

2020-ci ilin bütün dünya üçün çətin gəldiyini yəqin ki, hamı qəbul edir. Lakin deyəsən bundan ən çox yorulan “Burger King” olub.

“Daily Storm”un məlumatına görə, mürəkkəb 2020-ci ili bitirməyə qərar verən şirkət Yeni İli iyul ayında keçirib. Restoranlar şəbəkəsi bununla bağlı maraqlı rolik hazırlayıb.

2020 – sınaq ili oldu. Və biz bu işi görürük ki, onu tez bitirək”, – deyə “Burger King”in nümayəndəsi bildirir.

Videoda ,həmçinin, insanlardan 2020-ci il barədə təəssüratlarını bölüşmələri istənilir. Onların əksəriyyəti baş verənlərdən yorulduqlarını və bu ili başa çatdırmağın vaxtı olduğunu deyiblər.

https://www.youtube.com/watch?v=ZfYCTM5kjoM

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gəncədə 84 yaşlı kişi 76 yaşlı arvadını döydü-

Sonrakı məqalə

Rusiyada çaydan qədim mamontun qalıqları tapılıb –