Gəncədə həyat yoldaşını bıçaqlayan şəxs tutuldu

Gəncədə Xalça Kombinatının yataqxanasında həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

Hadisəni törətməkdə təqsirli bilinən şəhər sakini, 1956-cı il təvəllüdlü Həsənov İlham Müzəffər oğlu polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məlum hadisə avqustun 3-də Gəncə şəhərində yerləşən Xalça Kombinatının yataqxanasında qeydə alınıb. 1964-cü il təvəllüdlü İbrahimova Zərəfşan Eldar qızı 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. 

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisinin deputatı Fəttah Heydərov vəfat edib

Sonrakı məqalə

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilir –