Gəncədə karantin qaydalarını pozan 4 nəfər həbs edilib- 19 obyekt sahibi cərimələnib

Gəncədə karantin rejimini pozan şəxslər barədə inzibati tədbir görülüb.     

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki həm də reyd xarakterli tədbirlər həyata keçirir.

Təşkil edilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb. Belə ki, araşdırmalar zamanı ümumilikdə 208 şəxsin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb ki, onlarda 204-ü İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. 4 şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tikinti layihələrinin şəhərsalma sənədlərinin tələblərinə uyğunluğuna dair müddəanın tətbiqi daha 1 il təxirə salınıb

Sonrakı məqalə

“İctimai nəqliyyatda məhdudiyyətlər nəzərdən keçirilir”