Gəncədə vəfatından sonra cəsədi 10 il otaqda qalmış qadının sümükləri araşdırılır –Baş Prokurorluq

Gəncə şəhəri Dədə Qorqud küçəsində yaşadığı evdən meyiti aşkar olunanan 1929-cu il təvəllüdlü Gəncə şəhər sakini Yelifolida Strelkovanın uzun illər əvvəl vəfat etdiyi bildirilib.

Mənzildə tək yaşayan Y.Strelkovanın uzun illər ərzində yoxa çıxması, son günlərdə isə məhumun evindən aşağı mərtəbəyə su sızması qonşularda şübhə yaradıb.

İki gün əvvəl isə eyni binada yaşayan Təranə Əsgərovanın müraciəti əsasında hüquq-mühafizə orqanları mənzilə baxış keçirib. Baxış zamanı ev sahibi – Yelifolida Streklovanın sümükləri aşkar olunub. İddia olunur ki, qadın uzun illər əvvəl vəfat edib. Tapılan sümüklər Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Əvvəlki məqalə

“Onu bağışlamaq olarmı?” filminə çəkilməkdən imtina edən məşhur aktrisa niyə fikrini dəyişib?

Sonrakı məqalə

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atıldı –