Gəncədə mənzildə 27 yaşlı gəncin meyiti tapılıb

Gəncədə 27 yaşlı kişinin meyiti tapılıb.

APA-nın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, şəhər sakini 1999-cu il təvəllüdlü V.Sadıxovun meyiti yaşadığı evdən aşkarlanıb.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.