Araşdırmalar göstərir ki, gecə işləmək infarkt riskini artırır.
AzPost bildirir ki, bu barədə “Health” jurnalı məlumat verir.
Alimlər sübut ediblər ki, gecə növbələri və “bayquş” həyat tərzi infarkt riskini 16%, ürək problemlərinin ümumi hallarını isə 79% artırır.
Həkimlər bu həyat tərzini aradan qaldırmağı məsləhət görürlər. Bu mümkün deyilsə, günortaya qədər yatmağı və sağlam olmayan vərdişləri aradan qaldırmağı tövsiyə edirlər.