“Gecə yarısından etibarən Kiyevə zərbələr endirilməyib” –PUTİN

Kiyevə zərbələrin dayandırılması ilə bağlı xahiş Rusiya tərəfinə rəsmi kanallar vasitəsilə daxil olub.

Bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerlə görüşündə bildirib.

Putinin sözlərinə görə, gecə yarısından etibarən Kiyevə zərbələr endirilməyib. O, Ukrayna tərəfinin də hücumların sayını əhəmiyyətli dərəcədə azaltdığını qeyd edib.

Kreml rəhbəri ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə vermək istiqamətində səylərini davam etdirdiyini vurğulayıb.

Putin Uitkoff və Kuşnerlə təmasların faydalı olduğunu bildirib.

“Bu cür təmaslar həmişə faydalıdır. Moskva Uitkoff və Kuşnerlə işləməkdən məmnundur”, – Rusiya Prezidenti qeyd edib.

Putin, həmçinin amerikalı elçilərin Moskvadakı danışıqlardan sonra Kiyevə səfər edəcəklərini bildirib. Uitkoff və Kuşnerin Kiyevə səfəri sentyabrın 6-na planlaşdırılıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.