Gəncə Teatrı – 50 illik yubileyindən GÖRÜNTÜLƏR –AzTV-nin “Qızıl Fond”undan/1972-ci il

Gəncə Teatrı
Gəncə Teatrı

Gəncə Teatrı  –  50 illik yubileyindən GÖRÜNTÜLƏR

AzTV-nin “Qızıl Fond”undan 1972-ci ildə Gəncə Dövlət Dram Teatrının 50 illik yubileyindən olan nadir kadrlar təqdim olunub.

AzPost görüntüləri təqdim edir.

Əlavə olaraq oxu: Gəncə Dövlət Dram Teatrı 1925-ci ilə kimi “Tənqid-təbliğ” teatrı adı ilə 1925-ci ildən isə “Bakı-işçi-kəndli” teatrına çevrilmişdir. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülmüş və fəaliyyətini burada davam etdirmişdir.

Gəncə şəhərində XIX əsrdə həvəskar teatr truppaları fəaliyyət göstərməyə başlayırlar. 1899-cu ildə burada “Teatr” adlanan bina həvəskar aktyorların ixtiyarına verilib. 1906-cı ildə isə həvəskarlardan ibarət “Gəncə müsəlman dram məclisi” teatr truppası yaradılıb. Sonradan 1915-ci ildə ilk dəfə olaraq Gəncədə “Qız məktəb”-i tələbələrinin ilk dram truppası da yaradılır. Bu truppada gələcəkdə teatr tarixində vacib rol oynayacaq Adil İsgəndərovBarat ŞəkinskayaMir İbrahim Həmzəyev və digərləri fəaliyyət göstəriblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.