General Ramiz Zeynalovun qohumunu qətlə yetirən şəxs tutuldu

02 Sentyabr 2019 - 11:20

Bakıda iki gün əvvəl baş verən qətlin üstü açılıb.

Azpost.info APA-ya istinadən bildirir ki, paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində 35 yaşlı Fərid Məmmədovun qətlə yetirilməsi faktı ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və Prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Həbib Babaverdiyev saxlanılıb.

İlkin məlumata görə, H. Babaverdiyev avtomoili ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında hərəkətdə olan maşının sürücüsü F. Məmmədovdan ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə H. Babaverdiyev Fərid Məmmədovu ürək nahiyəsindən bıçaqlayıb.

Qeyd edək ki, qətlə yetirilən F.Məmmədov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğludur.