Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Georgi lenti” paylanmış məktəbin direktoru üzr istədi:

User 07 May 2022 - 14:59 (Last updated: 21 May 2025 - 20:15)
georgi lenti mekteb

Ötən gün Bakıda 164 saylı orta məktəbdə 9 May – Qələbə Günü münasibətilə tədbir keçirilib. Tədbir zamanı şagirdlərin sinəsinə “Georgi lenti” taxılıb. Rusiyan imperiyasının simvollarından biri hesab edilən bu lentin istifadəsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Teleqraf.com məsələ ilə bağlı 164 saylı məktəblə əlaqə saxlayıb.

Məktəbin direktoru Kəmalə Qədirova saytımıza açıqlamasında bildirib ki, foto çəkdirilən zaman hadisədən xəbəri olmayıb.

Onun sözlərinə görə, məktəbdə İkinci dünya müharibəsinə həsr olunan tədbir keçilməyib: “Özüm Birinci Qarabağ müharibəsi şəhidinin övladıyam. Təsəvvür edin ki, mənim üçün vətən nə deməkdir. Məktəbimizdə hər zaman vətənpərvərlik mövzusu ön planda tutulub. İki paralel dördüncü sinfin müəllimləri Rəna Kazımova və Riyaletta Nəbiyeva sözügedən mövzuda dərs keçib və yayılan foto da dərsdən sonra dəhlizdə çəkilən xatirə fotosudur. Daha sonra döş nişanını çıxarıb zalda ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunan tədbir keçirilib. Mən də orada iştirak etdim. Lakin lent məsələsindən xəbərim olmayıb”.

Direktor qeyd edib ki, məktəbləri daha əvvəl rus-erməni məktəbi olub: “Özüm şuşalıyam, həyatda hər şey olur. Babam da İkinci Dünya Müharibəsində həlak olub. Bilirsiniz, o foto çəkdiriləndə məsələnin dərinliyinə varmayıblar. Bu, səhvdir. Razıyam, buna cəza verilsə belə haqqına veriləcək. Lakin səhvdən heç kim sığortalanmayıb.

Məktəbdə İkinci Dünya Müharibəsinə həsr olunan fondumuz var, köhnə əşyaları saxlamışıq, şagirdlərə göstəririk”.

Dərsin təşkilatçısı olan sinif rəhbərlərindən biri Rəna Kazımova da baş verən hadisə ilə bağlı üzr istəyib: “Mən bilmədən o lentdən istifadə etmişəm. İkinci Dünya Müharibəsi ilə əlaqədar olaraq interaktiv dərs keçmişik. 30 ildir məktəbdə işləyirəm, illərdir veteranları tədbirlərimizə dəvət edirik. Hər zaman veteranlarla görüşlərdə o lenti bağlamışıq. Heç mən bilməmişəm ki, bu lentdğn istifadə düzgün deyil, hər hansı mənası var. Səhvimi boynuma alıram. Ola bilər ki, mən bilməmişəm, üzürlü sayılsın. İllərlə dövlətə qulluq etmişəm”.

Bakı Şəhər Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Post navigation

Previous: ABŞ rus haker qrupu haqda məlumata verənə 10 milyon verəcək
Next: Müdafiə naziri döyüş hazırlığının artırılması ilə bağlı göstəriş verib

Oxşar xəbərlər

eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
bextiyar dali
  • Sosial

Novxanıdakı məşhur “milyonluq saray”ın sahibi həbs edildi

User 03 Noyabr 2026 - 14:11

xƏBƏR

KTMT
  • Dünya

KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər

User 03 Noyabr 2026 - 15:50
KTMT Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid edir. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş...
Read more about KTMT-dən Azərbaycan və Ermənistanla bağlı açıqlama: Sülh sazişinə ümid edirlər
Əli Kərimlinin məhkəməsi başlayıb eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir? Kart
  • İqtisadiyyat

Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir?

User 03 Noyabr 2026 - 15:43
Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək? abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır budce
  • İqtisadiyyat

Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

User 03 Noyabr 2026 - 15:06
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.