Vəkil Aqil layıc Trendyol vasitəsi ilə 92 manata aldığı köynəyə görə, Gömrük Komitəsi 82 manat əlavə pul istəyib.
Azpost.info bildirir ki, bu barədə vəkil açıqlama yayıb.
Onun sözlərinə görə, Türkiyədən Trendyol vasitəsilə 1469 lirəlik(92 manat) sifarişini iyunun 3-də rəsmi olaraq smart custom vasitəsilə bəyan edib. Həmin tarixdən etibərən bağlamanı izləmək mümkün olmayıb: “Nəhayət dünən bildim ki, Gömrük Komitəsinin Hava Limanında olan terminalında qanunsuz olaraq 38 gün saxlanılır. Terminala gəldim, səbəbini soruşdum. Deyir bəyan edilməyib. Dərhal smart custom mobil əlavəsi ilə sübut etdim ki, bəyan edilib. İndi də mənə deyirlər ki, 82 manat artıq pul ödəməlisən. Deyirəm niyə? Deyirlır ki, kargoda 38 gün saxlanılıb, icarə haqqıdır. Bağlamanın çəkisi cəmi 380 qramdır”.
A.Layıcın sözlərinə görə, qanunsuz olaraq gömrük bağlamanı daşıyıcı şirkətə vermədiyi üçün 38 gün ərzində terminalda saxlanılıb.
Vəkil etiraz olaraq sifariş etdiyi məhsuldan imtina etdiyini bildirib.
Azpost.info