Goranboyda 15 yaşlı oğlan anasını və bacısını qətlə yetirib

Goranboyda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə hadisə Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb.

Belə ki, iki qadın; 1978-ci il təvəllüdlü L. İsmayılova və onun anası 1948-ci il təvəllüdlü T. İsmayılova bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni L. İsmayılovanın oğlunun törədiyi bildirilir.

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı S. Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.