Goranboyda 18 yaşlı gənc qız intihar edib

29 May 2021 - 21:53

Goranboy rayonunda xalası gilə qonaq gələn şəxs intihar edib.

Hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Tərtər rayonundan Goranboya xalası evinə qonaq gələn 2003-cü il təvəllüdlü Zəhra İsmayılova özünü asaraq intihar edib.

Onun hansı səbəbdən intihar etməsi isə hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır. (Report)