Goranboyda baş leytenant hərbçi həyat yoldaşını qətlə yetirib

Bu gün Goranboyda ər arvadını qətlə yetirib.  

Hadisə rayonun qaçqınlar şəhərciyində baş verib.  N saylı hərbi hissədə xidmət edən hərbçi – baş leytenant 1994-cü il təvəllüdlü, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olmuş Həsənli Bəbir İntiqam oğlu öz həyat yoldaşını, həmin hərbi hissədə işləyən qadın hərbi qulluqçusu – Gəncə şəhərində anadan olmuş 1993-cü il təvəllüdlü Babayeva Zəhra Cavid qızının bıçaqla başını kəsərək qətlə yetirib.

Həsənli Bəbir İntiqam oğlu Goranboy rayon Polis Şöbəsinə gedərək təslim olub. Bəbirlə Zəhra bir aydır ailə qurublar. Qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan faktı təsdiq ediblər. Baş inspektor, polis kapitanı Eşqin Qasımov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Goranboy rayon Polis Şöbəsinə bir nəfər qadının çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub:

“Dərhal rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir”.

Əvvəlki məqalə

“Soçi sammitinin sülhə kömək göstərəcəyinə ümid edirik” –

Sonrakı məqalə

Azərbaycan və İran XİN rəhbərləri vəziyyəti müzakirə edib